haberL haberR

Saxta “iPhone” istehsal edən fabrik aşkarlandı

Kateqoriya: Dünya Yayımlama tarixi: 29.07.2015 12:49:01

Çində saxta “iPhone” istehsal edən fabrik bağlanıb

İslamazeri.az Azərtac-a istinadla xəbər verir ki, ilkin məlumatlara görə, gizli istehsal olunan 40 mindən çox saxta smartfon toplanıb. Doqquz nəfər həbs olunub, satışa hazır olan 1400-dən çox telefon müsadirə edilib.

Fabrikdə istehsal olunan saxta smartfonlar xarici ölkələrə, o cümlədən ABŞ-a ixrac olunurdu. 2015-ci ilin yanvarından fəaliyyət göstərən fabrikdə 19,4 milyon dollar dəyərində 41 min cihaz satılıb. İlk olaraq bir neçə saxta və keyfiyyətsiz telefon ABŞ müvafiq qurumlarının diqqətini cəlb edib.

Çinin səlahiyyətli orqanları qanunsuz istehsala qarşı fəal mübarizə aparır.

Saxta məhsulların istehsalı problemi bu gün dünyanı ciddi narahat edir. Bu məhsulların istehsalı 2012-ci ildə ən yüksək həddə çataraq, ümumi dəyəri 1,7 trilyon dollar təşkil edib.

 
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.