haberL haberR

Səccadə alarkən diqqətli olun,çünki...(video)

Kateqoriya: Dünya Yayımlama tarixi: 29.11.2014 14:19:25 4239 dəfə oxunub.

Massonik qüvvələrin istehsal etdiyi səccadələrin üzərində İslamı təhqir edən simvollar aşkarlanıb.

Hər gün əksər insan namaz qılarkən səccadədən istifadə edir. Adətən insanlar xalça-səccadəni yerə sərib onun üzərində  namaz qılırlar. Amma bəzən insan nəyin üzərində durduğunun fərqinə belə varmır. Odur ki, səccadə alarkən diqqətli olun. Bəzi anti- islam firmaların istehsal etdiyi səccadələrin üzərində İslam dininin əleyhinə həkk olunmuş yazılar, fiqurlar, işarələr mövcuddur. Anti-islamçılar  müsəlman ticarətində həm ziyarət, həm ticarətlə məşğuldurlar.  Mənfur qüvvələrin istehsal etmiş olduğu səccadələrin üzərində massonluq idealogiyasını təbliğ edən simvollar var. 

 

İslamazeri.az-ın Türkiyə KİV-ə istinadən verdiyi xəbərə görə, massonluq ideaologiyasını təbliğ edən  səccadələr artıq illərdir ki, satışdadır. Amma son zamanlar mütəxəssislər həmin səccadələrin İslam dininə böyük təhqir olduğunu müəyyən ediblər. Məlum olub ki, xalça səccadələr üzərindəki naxışlar əslində anti-islam qüvvələrin mənfur niyyətlərinə xidmət edir. Belə ki, səccadələr üzərində xüsusi professionallıqla diqqətsiz gözün sezə bilmədiyi  naxışlardan donuzun baş şəkli, xaç işarəsi və digər massonik simvolların daşıyıcısı olan fiqurların əksləri həkk olunub. Hətta araşdırmalar nəticəsində səccadələr üzərində lənətlənmiş bəd dualar kimi yazıların olduğu da aşkarlanıb.

 

Odur ki, bundan sonra səccadə alarkən diqqətli olun.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.