Seçkilər öncəsi bələdiyyə işçiləri vətəndaşla dalaşdı

Bu barədə bələdiyyə işçilərilə münaqişə edən 27 yaşlı Elgiz Əliyev məlumat verib. Onun sözlərinə görə, Mehdiabad bələdiyyəsinin işçiləri onun ərazisindəki tikintini özbaşına olaraq söküblər.
“Mənə dövlət tərəfindən 10 sot pay torpağı verilib. Həmin torpağı hasarlamışdıq ki, girən olmasın. Mehdiabad bələdiyyəsinin mühəndisi Ceyhun Bayramovun əmrilə həmin ərzidəki hazarı tamam sökdülər. Maraqlıdır ki, həmin ərazidə çoxlu evlər var. Hamıda pay torpağında tikib. Amma bizə imkan vermədilər ki, torpağı hasarlayaq. Ceyhun Bayramov hasarın sökülməsilə bağlı bizə heç bir sənəd də göstərmədi. Ancaq zorla girib sökdülər”, - deyə Elgiz Əliyev bildirib.
Məsələni araşdırmaq üçün Mehdiabad Bələdiyyəsilə əlaqə saxladıq. Bələdiyyənin mühəndisi Ceyhun Bayramovun verdiyi məlumata görə, sözügedən ərazi vətəndaşın pay torpağıdır. Onun sözlərinə görə, həmin torpaqda ancaq təsərrüfat işlərilə məşğul ola bilər.
“Vətəndaş həmin ərazini ancaq torla hasarlaya bilər. Daşla hazarlamaq, tikinti aparmaq qadağandır. Biz əvvəlcədən vətəndaşa xəbərdarlıq etmişdik. Həmin vətəndaş torpaqdan ancaq əkin məqsədilə istifadə edə bilər”, - deyə Ceyhun Bayramov bildirib.
Məsələ ilə bağlı ekspertlər də,hesab edirlər ki, əslində vətəndaşlar pay torpaqlarında əkinlə məşğul ola bilməzlər. İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramovun ANS PRESS-ə verdiyi məlumata görə, əkin üçün nəzərdə tutulan torpağı hasarlamaq olmaz.
“Vətəndaş mövcud qaydanı pozubsa, bələdiyyə və yaxud hansısa səlahiyyətli qurum vətəndaşa şifahi xəbərdarlıq etməlidir. Əgər vətəndaş qanunsuz tikintini davam edərsə, onun barəsində məhkəməyə müraciət edilməlidir. Yalnız məhkəmənin yazılı qərarından sonra həmin tikinti dayandırıla, çəkilən hasar sökülə bilər. Lakin bələdiyyət nümayəndəsi məhkəmənin qərarı olmadan vətəndaşın əmlakını sökə bilmər”, - deyə Vüqar Bayramov bildirib.
Ekspertin sözlərinə görə, vətəndaş bələdiyyə nümayəndələrinin özbaşına hərəkətləri barədə məhkəməyə müraciət edə bilərlər: “Lakin istənilən halda məhkəmə vətəndaşın sökülən hasarını bərpa etməyəcək. Çünki vətəndaş mövcud qanunu pozub və pay torpağında tikinti aparıb. Məhkəmə yalnız şikayətə əsasən bələdiyyənin qanunsuz hərəkətləri, yəni yazılı icazə olmadan vətəndaşın mülkiyyətini dağıtdığı üçün cəzalandırıla bilər. Bələdiyyə nümayəndəsinə xəbərdarlıq edilə bilər”.(anspress)
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.