haberL haberR

“Sədərək” ticarət mərkəzindən 100 min manatlıq oğurluq

Kateqoriya: Kriminal Yayımlama tarixi: 27.02.2016 11:07:20

“Sədərək” ticarət mərkəzindən 100 min manatlıq oğurluq edilib.

“Report”un xəbərinə görə, 1976-cı il təvəllüdlü Mirkişi Əsədov polisə müraciət edərək həmin ticarət mərkəzində ona məxsus anbardan oğurluq edildiyini bildirib.

M.Əsədov ərizəsində ona məxsus anbarda işləyən 26 yaşlı Əli Rüstəmovun oradan 100 min manatlıq elektrik məişət əşyaları mənimsədiyini deyib.

Faktla bağlı Qardağ Rayon Polis İdarəsinin (RPİ) 10-cu Polis Bölməsində (PB) araşdırma aparılır.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.