haberL haberR

Səhhətində kəskin problemlər yaranan ilahiyyatçı ilə bağlı müraciət

Kateqoriya: Xəbərlər Yayımlama tarixi: 28.06.2015 15:55:23 3224 dəfə oxunub.

Azərbaycanda istər dini, istərsə də ictimai fəaliyyətilə kifayət qədər tanınan ilahiyyatçı Fərhad Mirzənin (Muradov) səhhətində ciddi problemlər yaranıb

İslamazeri.az-ın verdiyi xəbərə görə, bu haqda "Azadxeber.az"a bu haqda müraciət ünvanlayıblar.

Müraciəti diqqətinizə çatdırırıq:

"Gözəl və dolğun yazı, araşdırma, xütbə və dərsləri ilə tanınan gözəl ilahiyyatçı, dəyərli insan üç övlad atası, Əhli-beyt (ə) təbliğçisi kərbəlayi Fərhad Muradovun son dövrlər qara ciyər çatışmamazlığı səbəbindən səhhətində kəskin problemlər yaranıb. Qısa bir zamanda müalicəolunmayacağı halda sonradan heç bir müalicə effekt verməyəcək vəziyyətə gələ bilmə təhlükəsi ilə üz-üzədir. Qurumaqda olan qara ciyər müalicəsinin xərcləri isə kəskin qiymətlərə malik olduğu üçün qərara gəldik ki, Əhli-beyt (ə) aliminin, dəyərli ailə başçısının həyatını xilas etmək üçün hər bir gücü yetən şəxsə müraciət edək. Bir dəyərli alimin həyatını xilas etmək üçün gəlin hər birimiz xeyrə vasitəçilk edək. Aşağıda qeyd olunan hesab nömrəsi kərbəlayi Fərhadın müalicəsi üçün açılmışdır. Orada toplanan məbləğ dəyərli qardaşımızın səhhətini özünə qaytara bilər. Hər birinizi bu müqəddəs işdə aktiv olmağa çağırırıq."

 

 

İslamazeri.az adından ilahiyyatçıya Allah Təaladan şifalar diləyir, imkanı olan inanclılarımızı isə mübarək ayda, mübarək işə - ilahiyyatçımıza dəstəyə çağırırıq.

 

 


Hesablaşma hesabı: AZ64AZEG41010944031696814001

Alan müştəri: Kərimli Ağakərim Məhəmməd oğlu

Benefisiar bank: AGBANK ASC

Ünvan: Landau küç 16. Bakı Azərbaycan. AZ 1073

Kod: 505817

VÖEN: 9900019651

MÜXBİR HESAB: AZ75NABZ0135100000000017944

SWIFT: AZEGAZ22

Müxbir bank: AR Mərkəzi Bank

SWIFT: NABZAZ2C

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.