haberL haberR

Şəhid Həmədaninin vəsiyyətnaməsi üzə çıxdı

Kateqoriya: İslam Yayımlama tarixi: 20.10.2015 16:04:03

Bu vəsiyyətnamədə, səkkiz illik müqəddəs müharibənin tələbəsi olaraq özündən bəhs etmişdir

İslamazeri.az-ın islaminsesi.org-a istinadən verdiyi xəbərə görə, general şəhid Həmədani bu vəsiyyətnamədə, səkkiz illik müqəddəs müharibənin tələbəsi olaraq özündən bəhs etmişdir!

Bu vəsiyyatnamənin bəzi hisslərini sizlərə təqdim edirik.

"Allaha şükürlər olsun ki, bizə bir çox nemət ehsan etdi, və yenə şükürlər olsun ki həyatımızı İmam Xomeyninin (r.a) çağına təsadüf oldu. Atalarımız və analarımız hamısı bu dövrü görmək istəyərkən, görmədən həyatdan köçdülər. Lakin biz bu dövrü gördük və yaşadıq.

Nemətlərinin xatirinə, Allahın sevimlisi olub sonra Allahın qonağı olan və səkkiz illik müharibədə yaşamaq nəsib etdiyi üçün Allaha min dəfə şükürlər olsun.

Yenə sonsuz şükürlər olsun ki, belə bir millətin yanında  yaşamağı nəsib elədi. O millət ki bir məşəl kimi işıq saçdı və düşmənlərin hiylələrinə, ağır təzyiqlərinə qarşı təslim olmadı. Ən öndə gedən şəhidlərimizin ataları,anaları, uçaqları hər kəsə nümunə oldu.

Veteranlarımız böyük ağrılara dözərək müqavimətin davam etməsi lazım olduğuna dair hüccəti bizim üçün başa vurdular.

Əli ibn Əbu Talibin (ə) vilayətindən bizlərə nəsib etdiyi  üçün Uca Allaha şükürlər olsun. Biz şəhidlərimiz kimi ləbbeyk deyərək əməlimizi  göstərməliyik.

Mən Hüseyn Həmədani, müqəddəs müharibənin tənbəl bir tələbəsi  olaraq etiraf etməliyəm ki vəzifəmi lazımınca yerinə yetirməmişəm. Bəzən nəfsim mənə qalib gəlirdi. Vəsvəsəyə düşəndə içimdə etiraz yaranmağa başlayırdı.  Amma Allahın köməyi ilə ayıldım, peşman oldum və tövbə edərək Allahdan məğfirət istədim. Allah tövbəmi qəbul edirdi və son günlərdə qəlbimi sevgi ilə doldururdu.

Bütün dostlardan, tanışlardan haqlarını halal etmələrini istəyirəm. Yaxşı bir əsgər olmadığım üçün Ayetullahil-Uzma Seyid Əli Xamaneiden üzr istəyirəm.

Yaxşı bir hərbçi  olmadığım üçün şəhidlərin və qazilərin ailələrinə qarşısında  hər zaman boynu bükülü olmuşam, haqlarını halal etsinlər.

 Yaxşı bir dost və həyat yoldaşı olduğu üçün xanımıma təşəkkür edirəm.

Övladların Vəhab, Mehdi, Zəhra və Saraya tövsiyyə edirəm ki, əziz islamın ve İslam İnqilabının dəyərlərini qorusunlar. Dəyərlərini qoruyaraq təsirli və nümunə ola bilərsiniz. Mərhəmət sahibi Allahdan sizlərin bəxtiyar və aqibəti xeyirli olanlardan olmağınızı arzulayıram.

Bacım Mənsurəyə və qardaşım Əsgər üçün xoşbəxt həyat arzulayıram. Onlarla keçirdiyim günlər və xatirələr həmişə yadımda qalacaq.

Bütün dostlardan, tanışlardan əgər mümkün olsa bir gün mənim üçün namaz qılıb oruc tutmalarını istəyirəm".

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.