Şəhid Mürtəza Mütəhhərinin əsərləri indiyədək 36 dilə çevrilib
Kateqoriya: Dünya
Yayımlama tarixi: 27.04.2015 15:54:30
2846 dəfə oxunub.

İslamazeri.az-ın İran mediasına istinadən verdiyi xəbərə görə, şəhid Ayətullah Mütəhhərinin şəhadətinin 36-cı ili münasibəti ilə təşkil olunan mərasimlərin sədri Məhəmməd Darabadi bu gün etdiyi açıqlamada 2 may tarixinin şəhid Mütəhhərinin şəhadətinin 36-cı ildönümü olduğunu qeyd edərək, "İslam inqilabının zəfərə nail olmasının böyük hissəsi şəhid Mürtəza Mütəhhərinin sayəsində mümkün olub", - deyə söyləyib
Darabadi həmçinin indiyədək şəhid Mürtəza Mütəhhərinin əsərlərinin dünyanın 36 dilinə tərcümə olunduğunu söyləyərək, "Biz Mürtəza Mütəhhərinin əsərlərinin başqa dillərə də tərcümə edilməsini istəyirik", -deyə bildirib.
Qeyd edək ki, Mürtəza Mütəhhərinin əsərləri yaşından, elmi səviyyəsindən asılı olmayaraq, hər kəsdə maraq doğurur. Bu əsərlərin mövzusu isə çox zəngindir. Şəhid Mütəhhərinin "Maddəçiliyə yönəlmənin səbəbləri", "Marksizmə bir tənqid", "İnsan və müqəddəratı", "İslami elmlərlə tanışlıq", "Nəhcül Bəlağəyə bir baxış", "İlahi ədalət", "İmamət və rəhbərlik", "İslam və zamanın tələbləri", "Cihad", "Doğruların hekayəsi", "Peyğəmbərin (s) davranışlarına bir baxış", "Nübuvvətin sonu", "İslam elmləri ilə tanışlıq", "Quranla tanışlıq", "Son yüz ilin İslam hərəkatlarının xülasə təhlili", "İslam inqilabı haqqında", "İslam cümhuriyyəti haqqında", "Hicab", "İslamda qadın hüququ", "İnsanın ictimai inkişafı", "Məsum imamların əxlaqına bir baxış", "Kamil insan", "İslam iqtisadiyyatı sisteminə bir baxış", "Tarix fəlsəfəsi", "Tövhid", "Nübuvvət", "Məad" və digər əsərləri dünyanın müxtəlif dillərinə, tərcümə olunaraq yayılıb. Adlarından göründüyü kimi əsərlər həm dini, həm də dünyəvi mövzuları əhatə edir. Bu əsərlərdə Mütəhhəri zamanın yaratdığı suallara İslam məntiqi və müasir elmin nailiyyətləri ilə müqayisəli məntiqi cavablar verir.
"Son yüz ilin İslam hərəkatlarının xülasə təhlili" əsərində panislamizm cərəyanı və onun mühüm nümayəndələri ilə bağlı məlumat verməklə yanaşı, özünün gördüyü və İslamın dəyərləri baxımından ən ideal din təbliğatı nəzəriyyəsini ortaya qoyub. Bu kitabı heç bir tərəddüdsüz İslamın yeni dövrün tələblərinə uyğun şəkildə təbliği konsepsiyası adlandırmaq olar. Oxşar fikirləri Mürtəza Mütəhhərinin digər əsərləri barəsində də söyləmək olar.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.