Şəhid olan hərbçinin ailəsi kompensasiya ala bilmir

1991-1994-cü illərdə yenicə yaranmaqda olan Milli Ordu hissələrinin tərkibində Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları zamanı xeyli sayda hərbi qulluqçu itkin düşüb.
1994-cü ilin may ayında atəşkəs elan olunduqdan sonra itkin düşən hərbi qulluqçuların axtarışı üçün aidiyyəti dövlət qurumları tərəfindən işlər görülüb. Lakin əlaqədar təşkilatların köməyi ilə də aparılan axtarışlar heç bir nəticə verməyəndə, 1997-ci ildən başlayaraq itkin düşən hərbiçilərin ailələri sənədləşmə aparmaq məqsədilə məhkəmələrə üz tutmağa başladılar. Həmin vaxtdan başlayaraq indiyə qədər bu kateqoriyadan olan xeyli sayda hərbi qulluqçu məhkəmə qaydasında ölmüş elan olunub. Qanunla da itkin düşənin ölmüş elan edilməsi barəsində məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gün həmin şəxsin öldüyü gün hesab olunur.
Torpaqların müdafiəsi uğrunda aparılan döyüş əməliyyatlarında itkin düşmüş hərbi qulluqçuların ailə üzvlərinə dövlət tərəfindən sığorta pulu verilir. Amma zərərçəkən Zülfüqarov Ehtiram Tacəddin oğlu 3 ildir ki sığorta ödənişini ala bilmir.
Ona görə də, o Dövlət Sığorta Kommersiya Şirkətini (“Azərsığorta”nın) 11.000 manat sığorta ödənişini vermədiyi üçün məhkəməyə verib. Belə ki, 04 aprel 1997-ci il tarixində məhkəmə qətnaməsi ilə ölmüş elan olunan Hacəmməd Zülfüqarovun qardaşı E.Zülfüqarov “Azərsığorta”-ya qarşı məhkəmədə “hərbi xidmət zamanı həlak olmuş hərbi qulluqçunun varislərinə qanunla nəzərdə tutulan sığorta pulunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə çıxış edib.
Binəqədi rayon məhkəməsi iddiaçının tələbini təmin edən qətnamə çıxardıb. Bu qətnamə ilə razılaşmayan “Azərsığorta” apellyasiya şikayəti verib.
Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasını 14 may 2013-cü il tarixli qətnaməsi ilə rayon məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılıb.
Qətnamədə bildirilir ki, Hacəmməd Zülfüqarov 14 fevral 1994-cü il tarixdə Murovdağ döyüşlərində itkin düşüb.
Qanunvericiliyə görə, Azərbaycan Respublikasının hər bir vətəndaşı hərbi xidmətə çağırılarkən hərbi hissənin siyahısından çıxarılana kimi, yəni hərbi xidmətdə olduğu dövrdə “Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında” qanuna uyğun olaraq icbari sığorta olunurlar.(bizimyol.info)
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.