haberL haberR

Şəhid pilotun ad günü: Yaşasaydı 35 yaşı olacaqdı

Kateqoriya: Ölkə Yayımlama tarixi: 12.08.2016 15:53:43

Mayor rütbəsinədək yüksələn hərbçi aprelin 2-də qəhrəmancasına şəhid olub.
Bu gün aprel döyüşlərində şəhid olan pilot, mayor Təbriz Musazadənin doğum günüdür.
 
AzVision.az-ın məlumatına görə, Təbriz Musazadə Gürcüstan Respublikasının Borçalı mahalında, Dmanisi rayonundakı Yaqublu kəndində dünyaya göz açıb. O, 4-cü sinifi bitirənə kimi Dmanisi rayonundakı rusdilli məktəbdə təhsil alıb.  
 
 
Daha sonra Azərbaycana yollanan Təbriz orta məktəbi Bakı şəhərində bitirib, 1996-99-cu illərdə Naxçıvanski adına hərbi liseydə, 1999-2003-cü illərdə H.Əliyev adına Ali Hərbi Təyyarəçilik Məktəbində təhsil alıb. Mayor rütbəsinədək yüksələn hərbçi aprelin 2-də qəhrəmancasına şəhid olub.
 
Xatırladaq ki, erməni silahlı bölmələrinin aprelin 2-dən təmas xəttində törətdiyi təxribatların qarşısını alan zaman Mi-24 helikopterinin heyəti Azərbaycan Ordusunun mayorları Təbriz Musazadə, Urfan Vəlizadə, baş leytenant Əbubəkir İsmayılov şəhid olublar. 
 
Onların meyitləri neytral ərazidə qaldığı üçün beynəlxalq qurumların vasitəçiliyi ilə aprel ayının 10-da Azərbaycana tərəfə təhvil verilib. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun və ordumuzun digər generallarının iştirakı ilə şəhidlərimiz aprel ayının 11-də II Fəxri Xiyabanda dəfn olunublar.
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.