haberL haberR

Şəhidlərin xatirəsinə həsr olunan futzal turnirinə qeydiyyat başlayır

Kateqoriya: Ölkə Yayımlama tarixi: 25.08.2016 16:00:27

Çempionatda öz komandası ilə iştirak etmək istəyənlər qeydiyyata düşə bilərlər.

Xəbər verdiyimiz kimi Azərbaycanın uğrunda şəhid olan qəhrəmanların xatirəsinə hər il futzal turniri keçirilir. Bu il ənənəvi turnir milli qəhrəman Tağı Tağıyev və Əvəz Paşayevin xatirəsinə həsr olunur. Avqustun 25-dən start götürəcək qeydiyyat tarixi sentyabrın 10-da sona çatacaq. Çempionatda paytaxtın bir neçə həvəskar komandalarıyla yanaşı bölgələrdən də komandalar iştirak edəcək. Oyunlar Balaxanı İdman Kompleksində təşkil olunacaq. Oyunlardan öncə iştirak edəcək futbolçulara vətənpərvərlik ruhu aşılanır. Çempionatda öz komandası ilə iştirak etmək istəyənlər qeydiyyata düşə bilərlər. Qeydiyyatdan keçmək üçün iştirak edəcək komandanın adı, kapitanı təyin olunmalıdı və oyunçuların şəxsiyyət vəsiqəsinin surəti təqdim olunmalıdı. İştirak edəcək bütün komandalara uğurlar!

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.