haberL haberR

Səhiyyə Nazirliyi bəzi özəl klinikaları cəzalandırdı

Kateqoriya: Ölkə Yayımlama tarixi: 04.03.2015 13:32:08

Səhiyyə Nazirliyi özəl tibb müəssisələrində qanunsuz tibbi xidmətlərin gösterilməsinin qarşısını almaq məqsədilə nəzarəti gücləndirib
Nazirlikdən verilən məlumata görə, son dövrlərdə keçirilmiş yoxlamalar zamanı bəzi özəl tibb müəssisələ rində ciddi qanun pozuntuları aşkar edilib.
 
Belə pozuntulara yol verdiklərinə görə "Bioloji Təbabət" MMC, İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi, «İdeal Tibb Şirkəti» MMC və «Diaqnoz Tibb Şirkəti» MMC şirkətləri barəsində mövcud qanunvericiliyə və İnzibati Xətalar Məcəlləsinin müvafıq maddəsinə uyğun olaraq cəza növü kimi inzibati-məcburedici tədbirler görülüb.(Trend)
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.