haberL haberR

Səhiyyə Nazirliyi hepatitlərə yoluxmadan danışdı

Kateqoriya: Səhiyyə Yayımlama tarixi: 28.07.2015 18:14:34

Səhiyyə Nazirliyi: Azərbaycanda viruslu hepatitlərə yoluxma halları azalıb

“Dünyada hepatit xəstəliyinə tutulma hallarının artımına baxmayaraq, Azərbaycanda bu sahədə olan vəziyyət nəzərə çarpan dərəcədə yaxşılaşıb”.

 

İslamazeri.az-ın xəbərinə görə, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin “28 iyul - Beynəlxalq Hepatitlə Mübarizə Günü” ilə bağlı yaydığı məlumatda qeyd olunub. Məlumatda bildirilib ki, həyata keçirilən tədbirlər, o cümlədən, əhali arasında aparılan maarifləndirmə, təbliğat işləri, səhiyyə müəssisələrində təhlükəsizlik və digər addımlar sayəsində ölkədə viruslu hepatitlərə yoluxma halları illər üzrə müqayisədə azalıb.

 

Qeyd olunub ki, hepatitin müayinə və müalicəsi, ondan qorunma istiqamətində ölkədə vəziyyətin yaxşılaşdırılması məqsədilə əhəmiyyətli addımlar atılır: “Səhiyyə Nazirliyində Hepatit virusuna yoluxmuş şəxslərin müayinə və müalicəsinin təşkili üzrə Komissiyanın yaradılmasını qeyd etmək lazımdır. Həyata keçirilən tədbirlər çərçivəsində hepatitli xəstələrin diaqnozunun dəqiqləşdirilməsi məqsədilə müayinə planı təsdiq edilib. Şəhər, rayon tibb idarə və müəssislərinin rəhbərlərinə virus hepatitli xəstələrin planda qeyd olunmuş müayinələrin nəticələrinə əsasən, komissiyaya göndərilməsinə dair tapşırıqlar verilib. Komissiyanın rəyi əsasında virus hepatitli xəstələrin müvafiq dərman preparatları ilə və eləcə də müəyyən edilmiş tibb müəssisələrinin lazımi avadanlıqlarla təminatı ilə bağlı tədbirlər həyata keçirilib”.

 

 
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.