haberL haberR

Səhiyyə Nazirliyi: Mövsümlə əlaqədar qriplə xəstələnmə səviyyəsi yüksəkdir

Kateqoriya: Səhiyyə Yayımlama tarixi: 04.02.2016 11:33:58

“Qış mövsümü olduğuna görə hər il olduğu kimi, istər-istəməz qriplə xəstələnmə səviyyəsi ümumi vəziyyətdən bir qədər yüksəkdir”

Bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin Sanitar-epidemioloji xidmət sektorunun müdiri Viktor Qasımov deyib.

 

Onun sözlərinə görə, artıq bir müddətdir ölkədə epidemioloji vəziyyət stabildir: “Vəziyyəti nəzarətdə saxlayırıq”.

 

V. Qasımov qeyd edib ki, gündəlik olaraq monitorinq işləri aparılır.

 

Sektor müdiri onu da qeyd edib ki, Azərbaycanda “donuz qripi” aşkarlanmayıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.