haberL haberR

Səhiyyə Nazirliyi zəhərlənmə ilə bağlı məlumat yayıb

Kateqoriya: Ölkə Yayımlama tarixi: 10.08.2015 11:56:59

Araşdırma zamanı müəyyən edilib ki, qida zəhərlənməsinə şübhəli məhsul kimi “paytaxt salatı” ehtimal olunur

Səhiyyə Nazirliyi Bakıda “Zəngəzur” şadlıq evində baş vermiş kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən  verilən xəbərə görə, 8 avqustda Binəqədi rayonundakı “Zəngəzur” şadlıq evində keçirilən toy mərasimində baş vermiş zəhərlənmə hadisəsində 77 nəfər zəhərlənən, o cümlədən 15 uşaq tibbi yardım almaq tibb müəssisələrinə müraciət ediblər.

Müraciət edənlərlər əsasən Kliniki Tibbi Mərkəzə və 7 nömrəli Uşaq Yoluxucu Xəstəxanasına yerləşdiriliblər, onlara müvafiq tibbi yardım göstərilb.

Hazırda 41 nəfərin müalicəsi davam edir, onların vəziyyəti kafidir. Onların hamısına bütün zəruri tibbi yardım göstərilir, profilaktik tədbirlər görülür.

Laborator müayinə üçün qusuntu və yuyuntu materialları götürülüb.

Araşdırma zamanı müəyyən edilib ki, qida zəhərlənməsinə şübhəli məhsul kimi “paytaxt salatı” ehtimal olunur.

Hadisənin araşdırılması davam edir. (apa)

 
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.