haberL haberR

Şəkidə dəm qazından zəhərlənmə oldu

Kateqoriya: Səhiyyə Yayımlama tarixi: 19.10.2015 8:38:23

Şəkidə 32 yaşlı kişi dəm qazından zəhərlənib

Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-ya verilən məlumata görə, bu gün Şəki şəhər sakini, 1983-cü il təvəllüdlü Sərxan Telman oğlu Salamov zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub.

Həkim müayinəsi zamanı məlum olub ki, 32 yaşlı Sərxan Salamov Şəki şəhəri Muxtar Hacıyev küçəsində kirayədə yaşadığı 4 nömrəli evin hamamında duş alarkən dəm qazından zəhərlənib.

Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Sərxan Salamovun vəziyyəti orta-stabil qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır. 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.