haberL haberR

Şəkidə güclü yanğın baş verib

Kateqoriya: Hadisə Yayımlama tarixi: 15.08.2016 13:50:07

Şəkidə biçilmiş taxıl sahələrini cənginə alıb. Ötən gün günorta saatlarında başlayan yanğın axşama doğru genişlənərək dağlıq ərazilərə də keçib.

“İslamazeri.az” Kanal S-ə istinadən xəbər verir ki, Şəkinin Şirinbulaq kəndi ərazisində taxıl sahələrində başlayan yanğın küləyin təsiri ilə güclənərək yaşayış yerlərinə yan alıb. Nəticədə Abdullayev Xalid Abdul oğluna məxsus ümümi sahəsi 60 m² olan olan tövlənin dam örtüyünün yanar konstruksiyaları, damına yığılmış 5 ton ot bağlaması və tövlənin içərisinə yığılmış 1 m³ taxta materialları yanıb.

Bundan başqa kənd ərazisində olan ot tayaları da yanaraq yararsız vəziyyətə düşüb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şəki Yanğından Mühafizə bölməsinin texnikaları və canlı qüvəsi cəlb olunub. Yanğın küləyin təsiri ilə gecə saatlarında Təpə Cənnət kəndi istiqamətində irəliləyib və kənddəki yaşayış evləri üçün təhlükə yaradıb.

Fövqəladə hallar nazirliyinin əməkdaşları ilə birgə kənd camaatının da səyi ilə yanğının güclənməsinin qarşısı alınıb, kənddəki digər tikililər mühafizə olunub. Yanğının qarşısı gecə saatlarında alınıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.