haberL haberR

Şəmkir inanclıları Azərbaycan ruhanilərinə səsləndi

Kateqoriya: İslam Yayımlama tarixi: 19.10.2015 18:20:19

"Bizə Allaha xatir kömək edin"

İslamazeri.az-ın redaksiyasına müraciət daxil olub. Müraciətdə Şəmkirdə cümə namazının qılınmasına maneə törədildiyi qeyd edilib.

Müraciəti olduğu kimi təqdim edirik: "Şəmkirdə iki həftədir ki, cümə namazını qılmağa icazə verilmir. Artıq iki həftədir ki, rayonun mərkəzində yerləşən Həzrəti Əli (ə) məscidində cümə namazı qılınmağa mane olurlar. Araşdırmamıza görə, buna əsas səbəb, məscidin dini icma sədri Natiq Şıxəliyevin apardığı əks təbliğatlardır. Rayon inanclıları bu məsələnin həlli üçün ruhanilərdən, xüsusən Hacı Tale Bağırzadə, Seyyid Elman Ağazadə, Hacı Zülfüqar Mikayılzadə, Hacı Ramin Bədəlov, Hacı Əhliman Rüstəmov, Hacı Şahin Həsənli, Kərbəlayi Ələmdar və Hacı Mircəfər Əyyubovdan kömək istəyirlər. Bundan əlavə etiraz ərizələri də yazılır."

 

Xəbərlə əlaqədar olaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.