haberL haberR

Şəmkirdə dəhşətli qətlin detalları məlum olub

Kateqoriya: Kriminal Yayımlama tarixi: 17.08.2015 13:27:47

Şəmkir rayon İrmaşlı kənd sakini, 1983-cü il təvəllüdlü Fariz Mirzəyev şübhəli şəxs qismində saxlanılıb

 Hüquq mühafizə orqanlarından  verilən məlumata görə, bu ilin aprel ayında Şəmkir rayonunun Totanlı yaşayış massivində Gədəbəy rayon Əli İsmayılov kənd sakini, 1990-cı il təvəllüdlü Bahar Hüseynova və onun 2 yaşlı oğlu Nihad qətlə yetirilib. Keçirilən əməliyyat istintaq tədbirləri nəticəsində Şəmkir rayon İrmaşlı kənd sakini, 1983-cü il təvəllüdlü Fariz Mirzəyev şübhəli şəxs qismində saxlanılıb. Məlumata görə, F. Mirzəyev B. Hüseynovla qeyri-rəsmi nikahda yaşayırmışlar. Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma aparılır.  (apa)

 
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.