haberL haberR

Şəmkirdə qadın qadını bıçaqladı

Kateqoriya: Kriminal Yayımlama tarixi: 13.04.2016 14:28:55

Kredit borcu üstündə dava düşüb.

İslamazeri.az Kəpəz TV-yə istinadən xəbər verir ki, bu gün səhər saatlarında Şəmkirin Dəllər qəsəbəsində bıçaqlanma hadisəsi baş verib. Qəsəbə sakini, 35 yaşlı Ülviyyə Nəsibova hələlik şəxsiyyəti məlum olmayan qadın tərəfindən bıçaqlanıb. Bədənin müxtəlif nayihələrindən yaralanan qadın dərhal Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Yerli hüquq mühafizə orqanlarının verdiyi məlumata görə, Ülviyyə Nəsibovanın tanışı onu kredit borcu üstündə yaranan mübahisə zəminində bıçaqlayıb. Faktla bağlı araşdırma aparılır.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.