haberL haberR

"Sən kimsən məni yığmısan" - Tağı Əhmədovdan sərt açıqlama

Kateqoriya: Ölkə Yayımlama tarixi: 07.09.2016 12:59:19

O məsələ ilə bağlı etiraz edərək sərt danışıb.

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, həbsdə olan general-mayor Akif Çovdarovun "Bakı Metropoliteni" sabiq sədri Tağı Əhmədovdan 3 milyon manatı necə almasının detalları ilə bağlı saytımızda ötən gün məlumat vermişdik.

Verilən məlumatda sabiq metropoliten şefinin istintaq orqanlarına ifadə verdiyi bildirilirdi. Yayılan məlumatla bağlı Bizimyol.info saytının əməkdaşı sabiq metropoliten şefi, hazırda Yasamal Rayon YAP-ın sədri vəzifəsində olan Tağı Əhmədovla əlaqə saxlayıb.

O məsələ ilə bağlı saytımıza etiraz edərək sərt danışıb. “Sən kimsən mənə zəng vurmusan? Mənə zəng etməyin. Hansı məsələlərlə bağlı danışmalıyam. Heç nə danışan deyiləm. Haradan çıxır bu məlumatlar, hardan alınıb yazılır. Hansı sayt nə yazır,özü bilər. Ümumiyyətlə, bu barədə danışmaq istəmirəm.Yayılan məlumatlar əsassızdır.”

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.