haberL haberR

SEPAH-ın keçmiş komandirindən Səudiyyəyə mesaj: İranın səssizliyindən qorxun...

Kateqoriya: Region Yayımlama tarixi: 16.03.2016 12:18:33

İranın məsləhət şurasının katibi Möhsin Rzayi Səudiyyənin işğalçı planlarına etiraz edib

İslamazeri.az-ın “Tabnak”-a istinadən verdiyi xəbərə əsasən, Möhsin Rzayi Ərəbistanın bölgə ölkələrinə hücum planlarından danışıb.

O bu haqda deyib: “Ərəbistan İranın səssizliyindən qorxmalıdır. Son iki ildə bu rejim bölgədə müxtəlif təcavüzlərə imza atdı, çox sayda insanı öldürdü və yaraladı. Son zamanlarda bu ölkənin xarici işlər naziri İraqı təhdid edib ki, öz qüvvələrini Bəsrədən Suriyaya göndərəcək. Yəni, İraq və Suriyaya birlikdə hücum edəcək ki, İran sərhədlərinə yetişsin. Hərçənd ki, bizim həqiqi düşmənimiz ABŞ və Sionist rejimidir, lakin səudiyyəlilərə xəbərdarlıq edirik; İranın səssizliyindən qorxun! Ərəbistan bu təcavüzlərinə davam edərsə ciddi şəkildə tənbeh olunacaq.”

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.