haberL haberR

"Şərq Tərəfdaşlığı ölkələrində Yaşıl İqtisadiyyat" proqramı çərçivəsində seminar keçirildi

Kateqoriya: İqtisadiyyat Yayımlama tarixi: 19.05.2016 19:15:19

Bu haqda İslamazeri.az-a İqtisadiyyat nazirliyindən məlumat verilib

Məlumata görə, mayın 19-da Bakıda İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı və İqtisadiyyat Nazirliyinin birgə təşkilatçılığı ilə Avropa İttifaqının "Şərq Tərəfdaşlığı ölkələrində Yaşıl İqtisadiyyat" (EaP GREEN) Proqramı çərçivəsində "Azərbaycanda yaşıl iqtisadiyyatın qiymətləndirilməsi" mövzusunda Seminar keçirilib.

Tədbirdə İqtisadiyyat Nazirliyinin və aidiyyəti qurumların nümayəndələri, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəlikləri və xarici ekspertlər iştirak ediblər. Seminarda Azərbaycanda milli "yaşıl iqtisadiyyat" göstəricilərinin müəyyənləşdirilməsi üçün metodologiyanın qəbulu və müvafiq göstəricilərdən istifadə etməklə "yaşıl iqtisadiyyat" haqqında hesabatın hazırlanması imkanları, həmçinin Yaşıl İqtisadiyyat göstəriciləri üzrə İşçi Qrupun yaradılması məsələsi müzakirə olunub. Tədbir çərçivəsində "Azərbaycanda yaşıl iqtisadiyyatın qiymətləndirilməsi" mövzusunda təqdimatlar keçirilib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.