haberL haberR

Səud kralı 60 il öncə ABŞ-a yazmışdı: “Misiri vurun, Suriyanı bölün, İraqı...''

Kateqoriya: Araşdırma Yayımlama tarixi: 11.03.2016 12:53:42

Səudiyyə Ərəbistanının keçmiş kralı Feysəl ibn Əbdül Əzizin ABŞ-ın otuz altıncı prezidenti Lyndon B. Johnsona yazdığı məktub

Bu məktub həqiqətən tarixi bir sənəd baxımından, Səudiyyə xanədanının bölgədəki gerçək niyyətini ortaya qoyması baxımından son dərəcə əhəmiyyətlidir. İslamazeri.az-ın araşdırmasına görə, Səudiyyə Kralı, bu sənəddə Misir, Suriya, Fələstin və İraq haqqındakı düşüncələrini açıq bir şəkildə ortaya qoymuşdur. Əgər bu məktub araşdırılsa Ərəb - İsrail müharibəsi, Qəzzanın işğalı, İraqın şimalında Kürd dövləti və Suriyanın bölünmə cəhdləri dəqiq bir şəkildə ortaya çıxmış olacaq.

Qeyd edək ki, 1964-1975-ci illər arasında Səudiyyə Ərəbistanı Krallığının başçısı olmuş Feysəl kral Əbdüləziz Ali-Səudun üçüncü oğlu olmuşdur. Anası isə Şeyx Məhəmməd ibn Əbdülvəhhabın nəslindən olan Tərfə bint Abdullah ibn Əbdüllətif Ali-Şeyx idi.

27 dekabr 1966 (15 Ramazan 1386-cı) ildə Səudiyyə Ərəbistanı nazirlər kabineti sənədlərinin 342-ci sayında olan məktub belədir:

Hörmətli prezident!

Danışıldığı və sizə ifadə etdiyim kimi Misirin bizim ən böyük düşmənimiz olduğu aşkardır. Əgər bu düşmən (Misir) özbaşına buraxılsa, düşmənləri hərbi və informasiya vasitəsilə himayə edəcək və 1970-ci il gəlmədən artıq bizim üçün mənfəət, çıxar və varlığımız həyat səhnəsindən çıxacaq. Bu nöqtə sizin dövlət mütəxəssislərinizdən "Kermit Kim Ruzvelt, Jr." də (ABŞ prezidentlərindən "Teador Ruzveltin nəvəsi olan Kermit Ruzvelt CİA-ın orta Şərq şöbə rəhbəri olub) bunu ifadə etmiş və bunu vurğulamışdır. Bu səbəbdən aşağıdakı təklifləri diqqətinizə çatdırıram. Halbuki bundan əvvəl sizin Ərəbistandakı mütəxəssisləriniz də bu məqamlara toxunmuşdular:

- Amerika, İsrailin himayəsiylə ani bir şəkildə Misirə hücum etsin və Misirin ən əhəmiyyətli strateji və həssas mərkəzlərini ələ keçirsin. Sonra Misir bununla məcbur edilərək Yəməndə olan əsgərlərini geri çəksin. (Misir, 1962-1967-ci illər arasında Yəməndə baş verən vətəndaş müharibəsində respublikaçıların yanında vuruşaraq əsgər saxlamış və ABŞ ilə əlaqələri gərginləşmişdi) Bununla da kifayətlənməyərək İsraili orada tutaraq bu yolla Misir bir müddət özü-özüylə elə bir şəkildə məşğul edilsin ki, heç bir Misirli Süveyş kanalından başını qaldıra bilməsin və Ərəb Dünyasını birləşdirmə arzusunda olan Məhəmməd Əli Paşa (1769-1849 illərdə Misir qubernatorluğu etmiş və Osmanlı dövlətinə qarşı müvəffəqiyyətlə nəticələnən bir üsyan çıxarmışdı. Hər nə qədər Osmanlılara bağlı kimi görünsə də, o dövr, Sudan, Misir, Fələstin və Suriyanın gerçək hökmdarı olaraq qəbul edilmiş və 150 il boyunca xanədanı tərəfindən bu torpaqlar idarə olunmuşdur) və Əbdülnasirin (Camal Əbdülnasir, Misirə 1956-1970 illərdə rəhbərlik etmiş ikinci respublika prezidentidir. Krallığa son verən zərbənin ardından baş nazir və respublika prezidenti olaraq Misirdə köklü dəyişikliklərə damğasını vurmuş, güclü bir xarici siyasətlə Ərəb dünyasında bir öndər rolu oynayaraq kütləni arxasınca aparmağı bacarmışdır) hədəfi reallaşmasın. Bu şəkildə təxribçilərin qanun və təməllərini yalnız ölkəmizdə deyil, bütün Ərəb dünyasından köklərini kəsək. Misiri məğlub edib basdırdıqdan sonra özümüzü yaxşı göstərmək üçün ona kömək edək!

- Suriyaya gəlincə, hücum edilməsi lazım olan ikinci ölkə Suriyadır. Bu istiqamətdə lazım olan budur: Suriyanın bəzi torpaqlarını ondan ayıraq ki, bu ölkə də başını qaldıra bilməyərək özü-özüylə məşğul olsun və Ərəb dünyasındakı (məğlub olmuş) Misirin yerini doldurmaq düşüncəsinə qapılmasın.

- Eyni şəkildə İordan çayının qərb sahili və Qəzza zolağının zəbt etməkdən başqa çarə yoxdur. Zəbt yoluyla Fələstinlilərin hərəkatının qarşısı alınar və Ərəb ölkələrinin Fələstinin müstəqilliyindən faydalanması puça çıxar. Beləliklə mühacir fələstinlilərin Fələstinə dönmə ümidlərini qırmış olarıq. Bu şəkildə onların məskən problemləri də bizim üçün daha asan olar.

- Bu vaxt Molla Mustafa Bərzaninin (indiki İraq Regional Kürd Rəhbərliyi başçısı Məsud Bərzaninin atası) İraqın şimalında möhkəmləndirilməsi lazım olduğuna inanmarıq. Bu şəkildə İraqın şimalında bir Kürd dövlətinin qurulmasının önü açılmış olar. Əlbəttə, təbii ki, bu dövlətin (öz ölkəsi Ərəbistanı qəsd etməkdədir) vəzifəsi də Ərəblərin birliyindən dəm vuran Bağdadı özü-özüylə məşğul etməkdir. Bu səbəbdən bizlər 1965-ci ildə Bərzanini maliyyə və hərbi baxımdan həm İraqın içindən həm də Türkiyə və İran üzərindən dəstəkləməyə başladıq.

Hörmətli Prezident!

Biz və siz razılaşaraq müttəfiq olduq ki, ortaq mənfəətlərimiz və naməlum qədərimizi bu təklif paketlərinin qüvvəyə minməsi və ya icra edilməməsiylə təyin edək. Təbii ki, əgər bu təkliflər diqqətə alınmaz və qüvvəyə minməzsə yox olmamız qaçılmaz olacaq.

Son olaraq bu fürsətdən istifadə edərək bir daha sizin üçün şan və şərəf və Amerika üçün zəfər və üstünlük diləyir və gələcəkdəki əlaqələrimizin inkişafını və irəliləməsini arzu edirəm.

Sizə sadiq vəfalınız: Feysəl ibni Əbdüləziz
Səudiyyə Ərəbistanı Kralı"

Bu məktub Sami Şərəfin yazdığı "Ümidsiz on illər" kitabında yer alıb

 

1906-da dünyaya gəlmiş, 1964-1975-ci illər arasında Səudiyyə Ərəbistanının kralı olmuş Feysəl,  kral Əbdüləziz Əl Səudun üçüncü oğludur. Anası isə Şeyx Məhəmməd ibn Əbdülvəhhabın (vəhhabiliyin banisi) nəslindən olan Tərfə bint Abdullah ibn Əbdüllətif əl-Şeyx idi. 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.