haberL haberR

Səud rejimi Ayətullah Şeyx Nimrin edam qərarını təsdiqlədi

Kateqoriya: İslam Yayımlama tarixi: 05.03.2015 11:05:46 4020 dəfə oxunub.

Ərəbistan məhkəməsi ölkənin tanınmış şiə alimi şeyx Baqir Nimrə verdiyi edam qərarını təsdiqləyib

İslamazeri.az-ın "rasthaber"ə istinadən verdiyi xəbərə görə, Ərəbistan məhkəməsi ölkənin tanınmış şiə alimi şeyx Baqir Nimrə verdiyi edam qərarını təsdiqlədi. Onu hökumət əleyhinə çıxışlar etmək və qarışıqlıq yaratmaq ittihamları irəli sürülüb.

Edam qərarının hökmü iki ay əvvəl verilmiş və Şeyx Nimr hökmə etiraz etmişdi. İlk hökm açıqlandığı zamanda, bir çox siyasi rəhbərlər, elm adamları və cəmiyyət liderləri hökmə etiraz etmiş və Şeyx Nimrin sərbəst buraxılmasını istəmişdi. Bundan əlavə, dünyanın bir çox ölkəsində Şeyx Nimrə dəstək məqsədi ilə etiraz aksiyaları təşkil edilmiş və milyonlarla insan bu nümayişlərə qatılmışdı.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.