haberL haberR

Səud rejimi zəvvarlara qarşı qaydaları sərtləşdirdi

Kateqoriya: Xəbərlər Yayımlama tarixi: 27.08.2016 0:00:17

Krallıq həccə dair qanunları sərtləşdirir

İslamazeri.az-ın “islam-today” saytına istinadən verdiyi xəbərə əsasən, Səudiyyə Ərəbistanı  həcc zamanı Məkkəyə lazımı sənədlərsiz gəlmiş zəvvarların müəyyən edilməsi üzrə işləri gücləndirmək niyyətindədir.

Bildirilir ki, yerli polis şöbələrinin əməkdaşları artıq həcc təhlükəsizlik qüvvələrinin komandanının müavini Səud əl-Hileyvi və ictimai təhlükəsizlik üzrə direktor Osman əl-Muhricdən yazılı təlimat alıblar.

Sənəddə, xüsusilə, içərilərində həccə sənədsiz olan zəvvarların olduğu avtomobil axınlarının  diqqətlə izlənilməsinin zəruriliyi haqda danışılır.

Qeyd etmək lazımdır ki, ötən il Səudiyyə Ərəbistanından lazımımi icazə kağızları olmadan Məkkəyə daxil olmaq istəyən 160 min zəvvar qovulub.

Qeyri-qanuni zəvvar qanunlarının sərtləşdirilməsindən sonra zəvvarlar iri cərimə, deportasiya və hətta həbs oluna da bilərlər.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.