haberL haberR

Səud şahzadəsi Yəməni bombalayan pilotlara avtomobil hədiyyə etdi

Kateqoriya: Dünya Yayımlama tarixi: 23.04.2015 17:33:42 4000 dəfə oxunub.

Yəməni bombardıman edən uşaq qatilləri "Bently" avtomobili ilə mükafatlandırıldılar

İslamazeri.az-ın "RT"-yə istinadən verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanının milyarder şahzadəsi Vəlid bin Talal Yəmənə qarşı hava hücumlarını həyata keçirən 100 pilota "Bently" markalı avtomobil hədiyyə edəcəyini bildirib. O, bu barədə "Twitter" sosial şəbəkəsində "tvit" paylaşıb.

"Tvit"də belə qeyd olunub: "Mən bu uğurlu əməliyyata görə bizim müdrik rəhbərlərimizi təbrik edirəm. Bu münasibətlə 100 pilota "Bently" markalı avtomobil hədiyyə edəcəm".

Şahzadənin sözləri "Twitter" istifadəçiləri tərəfindən qəzəblə qarşılanıb. O, etirazlara görə paylaşdığı "tvit"i silmək məcburiyyətində qalıb.

Qeyd edək ki, "Twitter" sosial şəbəkəsində bu addım qınanaraq uşaq qatillərinə avtomobil hədiyyə edən şahzadəyə  etirazlar bildirilib.

 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.