haberL haberR

Səud şeyxi İmam Hüseyn (ə) əzadarlığını bidət adlandırdı

Kateqoriya: İslam Yayımlama tarixi: 19.10.2015 17:55:13

Səudiyyə Ərəbistanı şeyxi İmam Hüseynə (ə) əza saxlamağı bidət adlandırdı.

İslamazeri.az-ın “Presstv”-ə istinadən verdiyi xəbərə görə, Şeyx Əbduləziz bin Abdullah televiziya proqramında şiələrin Məhərrəm ayında sinə vurmağına toxunaraq deyib: “Məhərrəm ayı və Aşura günündə sinə vuranlar bidət edənlərdir və Peyğəmbəri dildə sevdiklərini iddia edənlərdir.”

Ərəbistanın Qətif bölgəsinin şiə alimləri onun bu sözlərini pisləyərək, bunu məzhəbə qarşı hörmətsizlik kimi dəyərləndiriblər. Onlar həmçinin bu addımın məzhəblər arası ölümlərin artmasına səbəb olacağını da bildiriblər.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.