Səud və müttəfiqlərinin Yəmənə təcavüzünün 24-cü günü (Foto)

İslamazeri.az-ın Yəmən mediasına istinadən verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanı və müttəfiqləri Yəmən ərazilərini bombardıman etməyə davam edib.
Səud və müttəfiqlərin Taiz şəhərinə endirdikləri aviazərbələrə görə, son sutka ərzində 54 bina dağıdılıb.
Səadə şəhəri Səud və müttəfiqlərinin aviazərbələrinə məruz qalıb. Səada şəhərində yerləş meyvə-tərəvəz bazarı raket zərbələri nəticəsində dağıdılıb.
Səna şəhərinin qərbində yerləşən Cilan Attan yüksəkliklərində yerləşən Yəmən ordusuna məxsus raket batareyalarına aviazərbələr endirilib.
Adən şəhərinə endirilən aviazərbələr nəticəsində eks vitse-prezidentin evi raket zərbələrinə məruz qalıb.
Mərib vilayətində Yəmən ordusu və “Ənsarallah” xalq hərəkatı hərbçiləri “Əl-Qaidə” terrorçuları ilə döyüşlərdə terrorçuların təchizat yollarını kəsməyə nail olublar.
Bununla yanaşı, Mərib vilayətində yerləşən Vehlan dağında rabitə qovşağı Səudiyyə aviasiyasının bombardımanına məruz qalıb. Səudiyyə Ərəbistanı və müttəfiqləri Yəmən ordusu və “Ənsarallah” hərbçilərinin Mərib vilayətində “Əl-Qaidə” terrorçuları ilə mübarizəsinə maneə yaradırlar.
Səudiyyə Ərəbistanının və müttəfiqlərinin təzavüzü Yəməndə humanitar vəziyyətin getdikcə ağırlaşmasına səbəb olur.
Səudiyyə Ərəbistanı aviasiyası Yəmənlə sərhəddə yerləşən öz sərhədçilərinə bilməyərəkdən aviasiya zərbələri endirib. Nəticədə 4 nəfər ölüb. Bundan əlavə, Səudiyyə Ərəbistanının Nəcran ərazisində yerləşən qüvvələri ilə “Ənsarallah” döyüşçülərinin qarşıdurması nəticəsində 4 səudiyyə əsgəri ölüb.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının və müttəfiqlərinin Yəmənə təcavüzündən bu günə kimi 2500-dən insan həyatını itirib, 4000 nəfərə yaxın insan isə yaralanıb.
Səud və müttəfiqlərinin Yəmənə təcavüzünün 24-cü günü (Foto)
Səud və müttəfiqlərinin Yəmənə təcavüzünün 24-cü günü (Foto)
Səud və müttəfiqlərinin Yəmənə təcavüzünün 24-cü günü (Foto)
Səud və müttəfiqlərinin Yəmənə təcavüzünün 24-cü günü (Foto)
Səud və müttəfiqlərinin Yəmənə təcavüzünün 24-cü günü (Foto)
Səud və müttəfiqlərinin Yəmənə təcavüzünün 24-cü günü (Foto)
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.