haberL haberR

Səuddiyənin Rusiyaya rüşvət təklifi rus alimləri ayağa qaldırdı: Həzrəti İsa

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 26.07.2016 19:35:25

Səuddiyə Ərəbistanı Rusiyaya rüşvət təklif etdiyi üzə çıxdı

İslamazeri.az-ın "Almasdar" portalına istinadən verdiyi xəbərə əsasən, Səudiyyə Ərəbistanı Rusiya Federasiyasının yüksək vəzifəli şəxslərinə, böyük miqdarda pul və ərəb dünyasında nüfuz vəd edərək rüşvət təklif edib, şərt isə Rusiyanın Suriya prezidenti Bəşər Əsədi dəstəkləməkdən imtina etməsidir.

 Səudiyyə Ərəbistanı xarici işlər naziri Əbdel əl-Cubeyr cümə günü "Politicio" xəbər agentliyinə verdiyi müsahibə zamanı bildirib ki, Səudiyyə hakimiyyəti rusiyalı biznesmenlərə “Fars körfəzi ərəb ölkələrinin əməkdaşlıq şurasının” ən yaxşı bazarlarına imtiyazlı yol və Çinin investisiyalarını keçəcək təklif edib. 
 “Biz Rusiyaya öz Yaxın Şərqdəki nüfuz payımızı güzəştə getməyə hazırıq. Bu pay Rusiya Federasiyasını Sovetdən də qüdrətli edəcək.” , – Cubeyr bildirib.
  “Bizim Suriya ilə son məqsəddən çox, nəticənin həll edilməsi yolunda fikir ayrılıqlarımız var.”, - o əlavə edib.
 Cubeyr bildirib ki, prezident Əsədin Dəməşqdə sayılı günləri qalıb və əlavə edib ki, ehtiyyat üçün nə qədər gec deyil Rusiya ər-Riyadla razılığa gəlsin.
 Bu Səudiyyənin Rusiya hakimiyyətini ilk ələ almaq cəhdi deyil; Rusiya ər-Riyadın təklifini qəbul edəcəyi halda İranla böyük fikir ayrılığında qalar. Bu da RF SQ HDQ Xəzər flotiliyası üçün ciddi problem ola bilər.
 Rusiyanın Səudiyyənin bu təklifini qəbul etməsinin mümkünlüyü çox azdır, xüsusən də, nəzərə alsaq ki, Rusiya Suriyaya iri yatırımlar edib.
Rusiya Strateji Araşdırmalar İnstitutunun sədri müavini Supunina bu məsələyə belə münasibət bildirib: "Cubeyrin Rusiyanın Yaxın Şərqdəki mövqeyindən əl çəkməyə çağırması, onun diplomatik təcrübəsizliyinin açıq sübutudur. Cubeyr gənc və Rusiyanın beynəlxalq aləmdəki yerini anlaya bilməsi üçün yetərli diplomatik və siyasi anlayışa malik olmadığını göstərdi.  O, Rusiyanın mövqeyini neft və dollarlarla ölçmək istəyir, ancaq bu böyük səhvdir. Rusiyanın Yaxın Şərq mövqeyi Bəşər Əsədi dəstəkləmək çərçivəsindən böyükdür. Siyasəti kalkulyatorla dəyərləndirmək çox maraqlıdır və Səudiyyə XİN rəhbərinin siyasətinin incə, ancaq böyük mövzularda yetərli olmadığını göstərir."
Rusiyanın Orientalizm İnstitutunun mütəxəssisi, siyasi ekspert Nikolay Suxukov isə Səudiyyənin təklifini təhqir adlandırıb.
"Ərəbistan pul müqabilində Rusiyadan Suriyanı satmağı istəməsi, bizə Həzrəti İsaya olan xəyanəti xatırlatdı. Yəhuda da, yahudilərdən 30 yük gümüş alaraq Həzrəti İsaya xəyanət etmişdi. Cubeyrin "Rusiya bizim bu təklifi dəyərləndirəcəkdir" kimi açıqlaması Rusiyaya birbaşa təhqirdir", - deyə Nikolay Suxukov  bildirib.
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.