haberL haberR

Səudiyyə 40 yaşından aşağı əfqanlara Həcci qadağan etdi

Kateqoriya: Xəbərlər Yayımlama tarixi: 28.05.2016 10:19:07

Rəsmi Riyad 40 yaşından aşağı olan əfqanlılara ümrə Həcc vizası verməyəcəyini açıqlayıb

İslamazeri.az-ın “Ufuq” portalına istinadən verdiyi xəbərə əsasən, Əfqanıstan XİN bu qərardan sonra ölkədə olan Səud səfirini tələb edərək bu barədə izahat tələb edib. Səfir bununla bağlı tutarlı heç bir səbəb gətirə bilməyib.

XİN sözçüsü Şəkib Müstəğni bu problemin həlli üçün bir qrup əfqan rəsmisinin Ərəbistana səfər edəcəyini bildirib.

 Qeyd edək ki, Səud rejimi ötən il də 30 yaşdan aşağı olan Əfqanıstan vətəndaşlarına viza verməkdən imtina etmişdi.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.