haberL haberR

Səudiyyə bu il hacılara məcburi izlənilmə imkanı verən qolbaqlar taxdıracaq

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 12.07.2016 18:07:17

İraqlı yazar, Səud rejiminin Həcc ziyarəti ilə bağlı yeni hiyləsindən xəbər verib

İslamazeri.az-ın “İraqın səsi”-nə istinadən verdiyi xəbərə əsasən, bu barədə məqaləsi ilə gündəmə gələn Macid Zuheyr  Səudiyyənin Həcc mövsümündə təbiq edəcək yeni qaydalarından yazıb.

O yazır: “Ərəbistanın təhlüksizlik sistemləri yeni layihəyə start verib. Layihəyə əsasən, hacılar üçün elektron qolbaqlar hazırlanıb. Bu qolbaqlar, hacıların ölkəyə daxil olduğu andan, ölkəni tərk etdiyi zamana qədər istifadə olunmalıdır. Məkkədə yerləşən minlərlə kameralarla əlaqədə olan bu elektron qolbaqlar, eyni zamanda da GPS sistemi ilə təchiz olunub. Ad, soyad, ölkə və karvanın adının da qeyd olunduğu qolbaqlar vasitəsi ilə, itən hacıları rahatlıqla tapmaq mümkün olacaq."

Yazar daha sonra "Bu layihə zahirdə müsbət görünsə də, hacıların bu qarışıq sistemdən istifadə etmə qabiliyyətinə sahib olmayacaqları məlum məsələdir. Belə görünür ki, bu il, hacıların oğurlarnma missiası çox rahatlıqla həyata keçəcəkdir.”, -deyə qeyd edir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.