haberL haberR

Səudiyyə Ərəbistanı "Ənsarullah"la müzakirələrdən razıdı

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 05.04.2016 15:48:31

Səudiyyə Ərəbistanı Yəmənin “Ənsarullah” hərəkatı ilə müzakirələri barədə məlumat yayıb.

İslamazeri.az-ın “Presstv”-ə istinadən verdiyi xəbərə görə, Səud rejiminin xarici  işlər naziri Adil  əl-Cubeyr “Ənsarullah” hərəkatı ilə müzakirələrinin səmərəli olduğunu bildirib.

Nazir Yəmənin “Ənsarullah” hərəkatına mənsub olan heyətin Riyadda olan müzakirələrə qoşulduğunu bildirsə də, ölkənin eks prezidenti Əli Abdullah Salehin heyətinin müzakirədə iştirak etmədiyini deyib.

Cubeyr “Ənsarullah”-la müzakirələrinin cari ayın ortalarında Küveytdə davam edəcəyini də bildirib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.