haberL haberR

Səudiyyə Ərəbistanında xalq küçələrə axışdı (Foto)

Kateqoriya: Dünya Yayımlama tarixi: 26.05.2015 15:17:27

Aşura gününə aid simvolik bayraqlar daşıyan nümayişçilər yolboyu "Ya Hüseyn!" şüarları səsləndiriblər

İslamazeri.az-ın ABNA-ya istinadən verdiyi xəbərə görə, Ərəbistanda xalqın keçirdiyi aksiyada Cümə günü təşkil edilən terror hücumu və ərəbistanlı təkfirçi alimlərin şiddət və məzhəbçiliyi yaymaq üçün həyata keçirdiyi təxribatlar qınandı.

Yüzlərlə ərəbistanlı vətəndaşlar Qətif şəhərinin əl-Qadih bölgəsində bir araya gələrək böyük bir etiraz aksiyası təşkil etdi və onlarla günahsız insanın həyatını itirməsinə səbəb olan terror hücumunu qınadılar.

Aşura gününə aid simvolik bayraqlar daşıyan nümayişçilər yolboyu "Ya Hüseyn!" şüarları səsləndiriblər.

Qeyd edək ki, Cümə günü İmam Əli məscidinə təşkil edilən terror hücumunda 20-dən çox insan həyatını itirmiş və 80-dən çox insan isə yaralanmışdı.

Yaralılardan 30-u müalicə edildikdən sonra xəstəxanadan təxliyə edildiyi, qalanlardan 12 nəfərin isə vəziyyətlərinin ağır olduğu bildirilib.

 

 

 

 

 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.