haberL haberR

Səudiyyə əsgərlərini iki bölgədə mühasirəyə almışıq - "Ənsarullah" təmsilçisi

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 10.06.2016 13:15:18

Səudiyyənin atəşkəsi heçə sayması Yəmən tərəfinin də silaha əl atmasına səbəb olub

İslamazeri.az-ın “Farsnews”-a istinadən verdiyi xəbərə əsasən, bu şəhərin əhalisinin əksəri Səud rejiminin hücumları nəticəsində yaşayış məntəqələrini dəyişməyə məcbur qalıblar. Səud rejimi qeydə alınmış atəşkəsi müxtəlif yollarla pozmağa davam edir.

“Ənsarullah”-ın sözçülərindən olan Hüseyn Husi, hərəkat üzvlərinin Babul-məndəb boğazına yaxınlaşdırlarından xəbər verib.

“Hərəkat qüvvələri ölkənin ordusu ilə birlikdə ölkənin ən mühüm stratejik bölgəsini ələ keçiriblər. Biz Səud koalisiyasını Şəbul-cin və Şurə bölgələrində mühasirəyə almışıq. Onlar öz yaralılarını və ölülərini Ədənə aparmaq niyyətində idilər, lakin biz buna mane olduq.”, -deyə Husi bildirib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.