haberL haberR

Səudiyyə generalından Netanyahuya tərif (Təfərrüat)

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 10.09.2015 17:02:00

Səudiyyə Ərəbistanılı keçmiş general Ənvər Məcid Əşqi İsrail baş nazirini tərifləyib

İslamazeri.az "YDH"-yə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanılı keçmiş general və Krallıq Müşaviri Ənvər Məcid Əşqi İsraildən yayımlanan "I24" kanalına xüsusi açıqlamalar verib.

Səudiyyə Ərəbistanının Yəmənə hücum etməsindən bəhs etməyən Əşqi İranın sərhədlərini Avropaya qədər genişlətməyə çalışdığını iddia edib. İranın İraq və Suriyaya yayılaraq Aralıq dənizinə çatmaq istədiyini və oradan da Misirə və Avropaya çıxmağa çalışaraq, İranın imperatorluq yuxusu gördüyünü ifadə edən Əşqi, İranın hədəflərinə çatmaq üçün istifadə etdiyi üsulların bölgədə sabitliksizliyə gətirib çıxardığını iddia edib.

Hələ də Ciddə mərkəzli Yaxın Şərq Strateji Araşdırmalar Mərkəzinin başçılıq edən Əşqi Fələstin-İsrail probleminin sülhməramlı yollarla həlli üçün göstərilən səylərin və bu istiqamətdə Səudiyyə Ərəbistanının 2002-ci ildə ortaya qoyduğu sülh cəhdinin çıxmaza girdiyini ifadə edib və sülh təkliflərinin onu tətbiq edəcək hər hansı bir plan ortaya qoyulmaması səbəbiylə müvəffəqiyyətsiz olduğunu söyləyib.

İşğalçı İsrailin Baş naziri Benyamin Netenyahunu da tərifləyən Məcid Əşqi "Bizim hörmətli Netanyahuya ehtiyacımız var; çünki o güclü və məntiqli bir adamdır və bizim sülh təklifimizin qəbulu və elanı üçün ona ehtiyacımız var" deyib.

Səudiyyə Ərəbistanının əvvəlki kralı Abdullah tərəfindən 2002-ci ildə ortaya qoyulan və Ərəb Sülh Cəhdi adını daşıyan plan İsrailin 1967-ci il torpaqlarında bir Fələstin dövlətini qəbul etməsi qarşılığında, 22 ərəb ölkəsinin İsraillə əlaqələrini normallaşdırmasını nəzərdə tuturdu.

İsrail televiziyası "I24" "İsraillə Səudiyyə Ərəbistanı bir çox mövzuda fikir ayrılığı içində olsa da, hər ikisi də İranı ortaq düşmən olaraq görür" şərhini edərək, Əşqi 'sülh strategiyası' adlı yeni bir strategiyanın nümayəndəliyini etdiyini bildirib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.