Səudiyyə rejimi Hz. İbrahim(ə) məqamını dağıtmaq istəyir

İslamazeri.az saytının Türk mediasına istinadən verdiyi xəbərə görə, Səudiyyə rəsmiləri bu dəfə müsəlmanların qibləsi olan Kəbə evindən bir neçə metr məsafədə yerləşən həzrəti İbrahim (ə) məqamını "ortadan qaldırmaq" fikrinə düşüblər.
Təklifin sahibi olan Ummul Kür Universitetinin məsul əməkdaşları və Beynəlxalq Ərəb Dili Şurasının Sədri Əbdül Əziz Harbi, bu dağıntı planına bəhanə olaraq, Həzrət İbrahimin (ə) məqamı təvaf zamanı hacılara çətinlik gətirməsi, sıxlığa səbəb olması və namaz qılanlara əziyyət çıxarmasını göstərir.
Digər Səudiyyə rəsmilərdən biri "daha da irəli gedərək", hazırladığı 60 səhifəlik məqaləsində Həzrət Məhəmmədin (s) məzarının yerinin dəyişdirilməsi lazım olduğunu iddia edir.
Qeyd edək ki, Amerikanın Times Jurnalı, 1985-ci ildən bu yana Səudiyyə rəsmilərinin Ərəbistanda olan dini və müqəddəs məkanların 98%-ni tamamilə viran etdiyini açıqlamışdı. Viran edilən müqəddəs məkanlar arasında, Həzrət Məhəmmədin (s) və köməkçinin evləri də var.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.