haberL haberR

Səudiyyə rejimi müzakirələrdə iştirak etmiş "Ənsarullah" üzvlərinin Yəmənə geri qayıtmasına imkan vermir

Kateqoriya: Dünya Yayımlama tarixi: 15.08.2016 11:10:49

Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya Yəmənə qarşı “Ənsarullah” hərəkatına qarşı qərəzli addımları davam etdirir.

İslamazeri.az-ın “Əl Aləm”-ə istinadən verdiyi xəbərə əsasən, hərəkatın mətbuat katibi Muhəmməd Əbdus-Salam koalisiyanın Yəmənin müzakirə heyətinin Sənaya geri qayıtmasına mane olduğunu bildirib.

Omanın Məsqət şəhərindən Sənaya olan uçuş qadağası daha 72 saat artırılıb.

Səudiyyə Ərəbistanının bu addımını məhkum edən “Ənsarullah” BMT-in verdiyi sözləri də təşkilat üzvlərinə xatırladaraq, bu məsələyə susmalarını tənqid edib.

Muhəmməd Əbdus-Salam Səudiyyə Ərəbistanının Yəməndə törətdiyi cinayətlərə susanların bu cinayətlərdə şərik olduğunu da vurğulayıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.