haberL haberR

Səudiyyə rejimi yenə edəcəyini etdi; 5 şəhid, 20 yaralı (Yeniləndi-Foto)

Kateqoriya: Dünya Yayımlama tarixi: 22.12.2014 15:59:00 5182 dəfə oxunub.

Səudiyyə Ərəbistanı qüvvələri şənbə günü şiələrin yaşadığı Əvamiyə bölgəsində əməliyyat keçirərək Cəfəri məzhəbindən olan 4 nəfərin həyatına son qoyub, 20 nəfəri də yaralayıb

İslamazeri.az-ın verdiyi xəbərə görə, Səudiyyə rejim qüvvələri ölkənin şərqindəki Qətif şəhərinə bağlı Əvamiyədə 1 həftə öncə öldürülən bir əsgərin qatillərini tutmaq bəhanəsi ilə əməliyyat keçirib və bu əməliyyatda  Cəfəri məzhəbindən olan 5 nəfərin həyatına son qoyub, 20 nəfəri isə yaralayıb.

Bundan başqa rejimin əsgərlərinin aralarında 12 yaşında olan bir uşağında olmaqla 4 nəfərin həbs edildiyi bildirilib.  Əhli-beyt ardıcıllarının çoxluq təşkil etdiyi Qətif, Səudiyyə Ərəbistanının ən intensiv neft quyularının olduğu yerlərdən biridir.

Qeyd edək ki, daha əvvəl də Aşura gecəsi Səudiyyə Ərəbistanının şərqindəki əl-Əhsa şəhərinə hücum təşkil olunmuş və bu hücumda şiələrə atəş açılması nəticəsində 8 nəfər dünyasını dəyişmişdir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.