haberL haberR

Səudiyyə səfirliyi terrorların qaynağıdır; Bağdaddakı terrorun intiqamı alınacaq

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 04.07.2016 15:45:10

İraqın “Nucəba” İslami müqavimət təşkilatının baş katibi, ölkədə baş verən son terror hadisəsinin intiqamını alacaqlarını bəyan edib.

İslamazeri.az-ın “Farsnews”-a istinadən verdiyi xəbərə görə, İraqın əl-Kəramə bölgəsində 200-dən çox adamın ölümünə səbəb olan terror hadisəsinə toxunan Şeyx Əkrəm Kəbi bildirib: “Yeraltı qruplarımız terrorçuları, Bağdad və digər şəhərlərdə məhv etməkdədir. Təkfirçi qrupların yuvalarını məhv etmək üçün yalnız Mosula deyil, dünyanın digər yerlərinə də gedəcəyik.  Biz İraq rəsmilərindən istəyirik ki, İŞİD-i müdafiə edən siyasiləri, xüsusən vəhhabi Ali-Səud səfirinin kökünü qurutsun. Bu səfirlik, xərçəng şişinin mənbəyidir və ölkədə baş verən bütün terror hadisələrinin səbəbkarıdır. Bu addım atılmazsa ölkədə sabitlik yaranmayacaqdır. Biz, əl-Kəradədə şəhid olanların intiqamını alacağıq.”

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.