Səudiyyə şəhzadələri Bodrumda əylənir

İslamazeri.az-ın "Cumhuriyyet"-ə istinadən verdiyi xəbərə görə Səudiyyə şəhzadələri Bodrumda luks bir gəmidə model qızlarla əylənərkən görüntülənib.
Əvvəlcə istirahət edən şəhzadələrin adı gizli tutulsa da sonradan bu şəxslərin Şəhzadə Nəvaf əs-Səud, iki oğlu Şeyx Nəvaf əl-Əhməd əs-Səud və Şeyx Nəvaf əs-Sabr əs-Səud, Şəhzadə Salman bin Əbdüləziz əs-Səud və Kral Salmanın oğlu, Səudiyyə Ərəbistanı müdafiə naziri Şəhzadə Məhəmməd ibn Salman olduğu öyrənilib. Gəmidə çimərlik paltarında olan 10 model qız da diqqət çəkib. Səud rejimi nümayəndələrini 8 mühafizəçi qoruyub. Türkiyənin 1 sahil təhlükəsizlik gəmisi də heç kimi ailənin istirahət etdiyi luks gəmiyə yaxınlaşmağa qoymayıb.
85 metr uzunluğu olan "Solandge" adlı gəminin həftəlik icarə qiymətinin 1 milyon avro olduğu deyilir. Gəminin içində açıq və qapalı üzmə hovuzları mövcuddur. Gəmi 220 litrlik yanacaqdoldurma qabiliyyəti ilə dayanmadan 6 min mil (9656 km) yol gedə bilir.
Sonda sahildəki luks bir restoranda yemək yeyən Səudiyyə ailəsi 4500 avro hesab ödəyib, 1000 avro da bəxşiş verib.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.