haberL haberR

Səudiyyə üləmalar şürası: Pokemon oyunu İslama ziddir

Kateqoriya: Dünya Yayımlama tarixi: 21.07.2016 9:58:36

Şüranın qərarına əsasən, Pokemon oyunları çoxtanrılıq və qumar oyunları kimi islam qanunlarına zid elementlərə sahibdir.

İslamazeri.az-ın Reuters agentliyinə istinadən verdiyi xəbərə əsasən, Səudiyyə Ərəbistanı üləmalar şürası Pokemon oyununun islama zidd və haram olduğunu deyən fətva çıxarıblar.

Agentliyin məlumatına əsasən, üləmalalar şürası, demək olar ki, 2001-ci ildə Pokemon kart oyununa qarşı çıxardığı fətvanı yeniləyib. Fətvanın yenidən nəşr edilmiş versiyasında Pokemon Go oyunu haqda da xatırlatmalar var.

Şüranın qərarına əsasən, Pokemon oyunları çoxtanrılıq və qumar oyunları kimi islam qanunlarına zid elementlərə sahibdir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.