Səudiyyə və İran arasındaki ixtilaf İsrailin xeyrinədir - Rəfsəncani

İslamazeri.az-ın "Palinfo"ya istinadən verdiyi xəbərə görə, Rəfsəncani dünən etdiyi çıxışında Səudiyyə və İran arasında olan problemlərə toxunub.
O, məsələ ilə bağlı “Tehran və ər-Riyad arasındaki ixtilaf müsəlmanları zəiflədib, və nəticədə bu yalnız sionistlərin və dinimizin düşmənlərinin xeyrinədir”, - deyə qeyd edib.
Rəfsəncani həmçinin qeyd edib ki, bu iki ölkə arasındaki əməkdaşlıq, beynəlxalq ictimaiyyətdə İslam dünyasının nüfuzunu artıra bilərdi.
İranın Məsləhət Şurasının sədri bəzi fars körfəzi ölkələrinin Livan müqavimət hərəkatı olan "Hizbullah"ı terrorçu təşkilat adlandırmasını da tənqid edib. Onun fikrinə görə, bu sionist rejimin gücləndirilməsi yolunda, atılmış bir addımdır.
Qeyd edək ki, Rəfsəncani İranda Səudiyyə Ərəbistanına qarşı loyal münasibət bəsləyən ruhanilərdəndir.
Onu da qeyd edək ki, Livan müqavimət hərəkatı olan "Hizbullah"ının terrorçu təşkilat adlandırması, o cümlədən İslam Əməkdaşlıq Təşkilatında İran əleyhinə üç maddənin salınması, məhz Səudiyyə Ərəbistanının təkidilə reallaşdırılıb.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.