Xəbərdarlıq mesajı

Daxil olmaq istədiyiniz səhifəyə yaş məhdudiyyəti qoyulub. Səhifəni 18 + olanlar izləyə bilər...

Bəli, 18 yaşından böyüyəm Xeyr. 18 yaşından kiçiyəm
haberL haberR

Səudiyyə və müttəfiqlərinin Yəmənə təcavüzü davam edir (Foto-Video)

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 05.06.2015 16:11:16

Mülki vətəndaşları bombardman edən Səudiyyə və müttəfiqlərinin növbəti cinayəti

İslamazeri.az-ın “Almasirah”-a istinadən verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanı və müttəfiqləri Yəmənə qarşı cinayətləri davam edir.

Belə ki, Səud və müttəfiqləri ötən gün Səada vilayətində kəndlərin birinə endirdiyi aviasiya zərbəsi nəticəsində uşaq və qadınlarda daxil olmaqla, 10 nəfərə yaxın insan həyatını itirib. Evlərin qalıqları altından ailəsinin bütün 4 üzvünü itirən qız uşağı kənd əhalisinin yardımı ilə xilas edilib.

Səudiyyə Ərəbistanı Yəmənin paytaxtı Səna şəhərinin şimalında yerləşən Həmdan məntəqəsində qətliam törədib. Aviasiya zərbələrindən sonra onlarla uşaq və körpələr dağıdılan evlərin altında qalıb.

Yəmən ordusuna sərhəd məntəqələrində məğlub olan Səudiyyə və müttəfiqləri mülki vətəndaşlar, qadın və uşaqlardan intiqam alır.

Səudiyyə və müttəfiqləri beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq hərbi cinayət törətməkdədir. Dünya ictimayyəti, o cümlədən, beynəlxalq hüquq müdafiə təşkilatları uşaq qatili olan Səudiyyə rejimi və onun müttəfiqlərinin əməllərinə göz yummaqda davam edir. 

Qeyd edək ki, Səudiyyə Ərəbistanı və müttəfiqlərinin Yəmənə mart ayının 26-dan başlatdığı təcavüz nəticəsində indiyədək minlərlə insan həlak olub, minlərlə insan isə yaralanıb. Səudiyyə və müttəfiqlərinin havadan və dənizdən Yəmənə tətbiq etdikləri blokada nəticəsində Yəməndə humanitar vəziyyət günü-gündən pisləşir.

Səudiyyə və müttəfiqlərinin Yəmənə təcavüzü davam edir (Foto-Video)

/haberimaj/habergaleri/8J5V7F8H7S4V.JPG
  1. Səudiyyə və müttəfiqlərinin Yəmənə təcavüzü davam edir (Foto-Video)

  2. Səudiyyə və müttəfiqlərinin Yəmənə təcavüzü davam edir (Foto-Video)

  3. Səudiyyə və müttəfiqlərinin Yəmənə təcavüzü davam edir (Foto-Video)

  4. Səudiyyə və müttəfiqlərinin Yəmənə təcavüzü davam edir (Foto-Video)

  5. Səudiyyə və müttəfiqlərinin Yəmənə təcavüzü davam edir (Foto-Video)

  6. Səudiyyə və müttəfiqlərinin Yəmənə təcavüzü davam edir (Foto-Video)

  7. Səudiyyə və müttəfiqlərinin Yəmənə təcavüzü davam edir (Foto-Video)

  8. Səudiyyə və müttəfiqlərinin Yəmənə təcavüzü davam edir (Foto-Video)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.