Səudiyyə Yəməndə təcavüz əməliyyatının dayandırıldığını elan etdi
Kateqoriya: Dünya
Yayımlama tarixi: 22.04.2015 00:00:25
6096 dəfə oxunub.

İslamazeri.az Yəmən mediasına istinadən xəbər verir ki, Səudiyə Ərəbistanı hərbi komandanlığı "Qərarlılıq Fırtınası" adlı Yəmənə təcavüz əməliyyatına son qoyduğunu elan edib.
Səudiyyə Ərəbistanı hərbi komandanlığı bəyan edib ki, Səudiyyə Ərəbistanı və müttəfiqləri qarşılarına qoyduqları məqsədləri tam icra etdiklərinə görə "uğurlu" əməliyyata son verib. Səudiyyə Ərəbistanı yeni "Ümüdün Bərpası" adlı əməliyyatın başlandığını elan edib.
Səudiyyə Ərəbistanı televiziyası yeni əməliyyatın məqsədini elan edib. "Ümüdün Bərpası" əməliyyatı BMT-nin Təhlükəsizlik Şurasının və Fars körfəzi ölkələrinin təşəbbüsü qərarına uyğun olaraq tez bir zamanda siyasi prosesin bərpa edilməsini, mülki əhalinin qorunmasının davam etdirilməsi, Husi və müttəfiqlərinin silahlı aktivliyinin qarşısını almaq və terrorçuluqla mübarizə olduğu vurğulanıb.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.