haberL haberR

Səudiyyə Yəmənin keçmiş prezidentinin başını gətirənə dəyərli hədiyyələr verəcək

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 06.07.2015 17:32:17 2303 dəfə oxunub.

Əli Abdullah Salehi öldürənlərə bahalı hədiyyələr veriləcək

İslamazeri.az "Aden Post"-ya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı "Ən-Nəsr" komandasının üzvü və "Şahzadə Məşəl bin Səud" idman kompleksinin rəisi Səad Əbd Hadi əl-Onzi Səudiyyə Ərəbistanı tərəfindən Yəmənin keçmiş prezidenti Əli Abdulla Saleh üçün mükafat təyin olunduğunu və onu öldürəcək şəxslərə bu mükafatın veriləcəyini bildirib.

Əl-Onzi öz "Twitter" hesabından bu məsələni qeyd edərək, Yəmənin keçmiş prezidenti Əli Abdulla Salehi öldürəcək şəxslərə Səudiyyə Ərəbistanı rəhbərliyinin 35 mənzillik yaşayış binası, 1 ədəd "Leksus" markalı avtomobil və 1 idman kompleksi veriləcəyini yazıb.

Qeyd edək ki, Əli Abdullah Saleh Səudiyyə rejiminin bütün təklif və təhdidlərinə baxmayaraq, "Ənsarallah" təşkilatına qarşı çıxamqdan çəkinib.

 
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.