haberL haberR

Səudiyyə yəmənlilərin Həcc ziyarətinə getməsinə izn vermir

Kateqoriya: Dünya Yayımlama tarixi: 09.09.2015 18:05:07

Suriyalılardan sonra yəmənlilərə qarşı qadağa tətbiq olunub

İsılamazeri.az Yəmən mediasına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı suriyalılardan sonra yəmənlilərin də Həcc ziyarətini yerinə yetirməsinə mane olur.

Yəmən İrşad Nazirliyindən verilən məlumata görə, Səudiyyə Ərəbistanı Həcc üçün Məkkəyə gedəcək müsəlmanların müraciətini rədd etdiyini açıqlayıb. Nazirlikdən verilən açıqlamada Səudiyyə rəsmilərinin bu məntiqsiz addımı atmasına etiraz edilərək müraciətlərin qəbul edilməsi və yəmənli zəvvarların Həcc ziyarətini yerinə yetirməsinin əngəllənməməsi tələb olunub.

Yəmən artıq 5 aydır ki, Səudiyyə Ərəbistanının liderlik etdiyi Misir və Fars körfəzi ölkələrinin iştirak etdiyi koalisiyanın hava hücumlarına məruz qalır. Paytaxt Səna başda olmaqla ölkənin böyük şəhərləri bu hava hücumları zamanı viran olub. Bombardmanlarda indiyədək 3 mindən çox mülki vətəndaşın həyatını itirdiyi bildirilir. Yaralanan və əlil olan yəmənlilər sayı isə 5 mindən çoxdur. Koalisiya döyüş təyyarələrinin bombardmanları nəticəsində BMT-nin Ümumdünya İrsi siyahısındakı qiymətli tarixi əsərlər də məhv edilib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.