haberL haberR

Səudiyyədə ateistə sərt cəza verildi

Kateqoriya: Dünya Yayımlama tarixi: 01.09.2016 10:28:08

Mühakimə edilən şəxs peşman olmadığını və öz inancını ifadə etmək haqqına sahib olduğunu bildirib.

İslamazeri.az-ın "AMN NEWS"-ə istinadən verdiyi xəbərə əsasən, Səudiyyə Ərəbistanı məhkəməsi 28 yaşlı kişini 10 illik müddətinə azadlıqdan məhrum edib. Bundan əlavə, o, 2 min şallaq cəzası verilib və təxminən 5 min dollar cərimə olunub. Səbəb isə onun sosial şəbəkələrdən birində ateist olduğunu bildirməsidir.

Mühakimə edilən şəxs peşman olmadığını və öz inancını ifadə etmək haqqına sahib olduğunu bildirib.

O "terrorizmdə" ittiham olunub. Belə ki, qanuna əsasən ateizm terrorizm hesab olunur.

Qanunun 1-ci bəndində deyilir ki, "istənilən formada ateizm düşüncəsinə dəvət və ya İslam qanunlarına şübhə altına atmaq" Səuddiyə Ərəbistanında terrorizm hesab edilir

 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.