haberL haberR

Səudiyyədə "Hizbullah"ı dəstəkləyən ruhanilərə ciddi təzyiqlər: İlk həbslər - Video

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 23.03.2016 11:44:20

Səud rejimi “Hizbullah”-ı müdafiə edən imam cüməni vəzifəsindən azad edib

11:45 - Bir az öncə yayılan məlumata görə, Ayətullah Razi ciddi ittihamlarla həbs olunub. Onun həbsxanaya aparıldığı önə çəkilir.

 

İslamazeri.az-ın “Al-Aləm”-ə istinadən verdiyi xəbərə əsasən, Ərəbistanınln şərqində yerləşən Ümran şəhərinin imam cüməsi olan Ayətullah Şeyx Hüseyn Razi Səud rejiminin xəbərdarlığına baxmayaraq cümə namazında Livanın “Hizbullah” təşkilatını müdafiə edərək, Seyid Nəsrullahı tərifləyib.

Ayətullah Razi sözlərində Səud rejimini “Hizbullah”-la deyil, ölkənin daxili məsələləri ilə məşğul olmağa çağırıb.

"Rəsuli Əzəm" məscidinin imam cüməsi olan Ayətullah Razi, bundan öncə də Şeyx Nimrin edamına sərt şəkildə reaksiya bildirmişdi.

Səud rejiminin Ayətullaha qarşı sərt addımlar atılacağı istisna edilmir.

Qeyd edək ki, Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah da, "Əl Məyadeen"ə verdiyi müsahibə zamanı bu məsələdən danışıb. Nəsrullah Səudiyyənin sözə görə ciddi narahat olduğunu, buna görə hətta həbslər həyata keçirə biləcəyini də önə çəkib. Hizbullah lideri Ayətullah Şeyx Hüseyn Razinin həbs olunduğunu bildirib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.