haberL haberR

Səudiyyədən qəribə fətva: pişiklə şəkil çəkdirmək olmaz

Kateqoriya: İslam Yayımlama tarixi: 28.05.2016 11:22:00

Pokemon İslama ziddir

İslamazeri.az saytının Səudiyyə Ərəbistanı KİV-ə istinadən verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanında pişiklərlə şəkil çəkdirmək qadağan edilib. Fətvanı “ilahiyyatçılar şurasının” üzvü şeyx Salah bin Fövzan əl-Fövzan verib.

Onun fikrincə, müsəlmanlar təkcə pişiklərlə deyil, həmçinin itlərlə və digər sevimli heyvanlarla da şəkil çəkdirməməlidirlər. Lakin, şeyxin sözlərinə görə, ən arzuedilməyən pişiklərlə olan şəkillərdir, çünki bu qərb modasına təqlid etməkdir.

Əl-Fövzan həmçinin məşhur yapon cizgifilmi qəhrəmanı “Pokemon”-un əsasında yaradılmış stolüstü oyunu da qadağan edib, çünki, “pokemon İslama ziddir”.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.