haberL haberR

Səudiyyəli aparıcı: "Şiələri Kəbəyə buraxmamalıyıq" (Video)

Kateqoriya: Dünya Yayımlama tarixi: 02.07.2015 16:40:16 14562 dəfə oxunub.

"Vesal" televiziyasının aparıcısı şiələri təkfir edib

İslamazeri.az "On4" televiziyasına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının telekanalı olan "Vesal"ın aparıcısı Xalid əl-Hamdi şiələrin Kəbə və Mədinəyə buraxılmamalarının və başlarının kəsilmələrinin lazımlığını iddia edib.

Söhbət zamanı tez-tez Allaha andlar verən Xalid əl-Hamdi söylədiklərinə görə Allaha hesab verəcəyini də iddia edib.

Sosial mediada böyük reaksiyalara səbəb olan videoda əl-Hamdi, "Allahın izni ilə biz sizin kimi deyilik. Tam əksinə, Allahın izni ilə sizə qalib gələcəyik. Vallahi, billahi və tallahi əlimizdə olsa, sizin Məkkəyə və Mədinəyə gəlişinizə mane olarıq. Hələ bu azdır, vallah. Sizin başlarınızı da kəsərik. Bu dediklərimə görə Allah subhana və təalaya cavab verməyə hazıram. Vallah, Allahın icazəsi ilə sizi öldürmək Allaha yaxınlaşmaqdır", - deyə söyləyib.

Qeyd edək ki, sözügedən aparıcı 2013-cü ilin dekabrın 5-də Yəməndə şiələrin ibadət etdiyi məsciddə təşkil olunan terror aktına görə xoşbəxt olduğunu və buna görə şəxsən özünün məsuliyyət daşıdığını söyləmişdi.

 
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.